Almaniyada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilən idman festivalı keçirilib - Hitit Gazetesi

Hitit Gazetesi

SON DAKİKA

10:41 - Birleşik Rusya partisinin “Tarihsel Bellek” projesi kapsamında Kizlyar’da “Kahramanlığın Kökenleri” adlı büyük ölçekli bir sergi açıldı

08:07 - В Кизляре по партпроекту «Единой России» «Историческая память» открыли масштабную выставку «Истоки героизма»

00:25 - Депутаты «Единой России» доставили гуманитарные грузы из Махачкалы в Новороссийск

21:51 - Birleşik Rusya milletvekilleri Mahaçkala’dan Novorossiysk’e insani yardım malzemeleri ulaştırdı

18:00 - В Ростове-на-Дону единороссы организовали для волонтёров и спортсменов с ОВЗ поход в театр

16:43 - Rostov-on-Don’da, Birleşik Rusya üyeleri gönüllüler ve engelli sporcular için bir tiyatro gezisi düzenledi

14:09 - Школы, медучреждения, ФОК, общественные пространства: «Единая Россия» провела мониторинг на объектах народной программы

12:52 - Okullar, sağlık tesisleri, spor ve rekreasyon merkezleri, kamusal alanlar: Birleşik Rusya, Halk Programı kapsamında bu noktalarda izleme çalışmaları yürüttü

10:19 - Almaniyada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilən idman festivalı keçirilib

09:01 - Активисты «Единой России» помогли восстановить памятник Героям Великой Отечественной войны в Шахтах Ростовской области

Almaniyada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilən idman festivalı keçirilib

Almaniyada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilən idman festivalı keçirilib

2026

Almaniyada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilən idman festivalı keçirilib

Almaniyanın Barleben şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən idman festivalı keçirilib.

14 Mayıs 2026
Almaniyada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilən idman festivalı keçirilib

Almaniyada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilən idman festivalı keçirilib

2026

Almaniyada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilən idman festivalı keçirilib

Almaniyanın Barleben şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən idman festivalı keçirilib. Festival Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Berlindəki Azərbaycan Evinin, Maqdeburqda fəaliyyət göstərən Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Diaspor Boks Liqasının birgə təşkilatçılığı ilə baş tutub.

Ulu Öndər Heydər Əliyevin uşaqlara, gənclərə və ailə dəyərlərinə verdiyi yüksək önəmin təbliği festivalın əsas məramını təşkil edib. Məhz bu yanaşma tədbirin ruhuna sirayət edib və böyük rəğbətlə qarşılanıb.

Festival Almaniyanın Maqdeburq və ətraf bölgələrindən gələn yüzlərlə sakinə əsl bayram ovqatı yaşadıb. Günboyu davam edən tədbirdə uşaqlar üçün qurulan attraksionlar, idman oyunları, interaktiv proqramlar, ailələrin birlikdə vaxt keçirməsi və hökm sürən səmimi atmosfer festivalın yadda qalan məqamlarından olub. Musiqi sədaları altında ifa olunan rəqslər iştirakçılara xoş anlar bəxş edib.

 

https://x.com/DiasporaAz/status/2054772464710816111

 

Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Diaspor Boks Liqasının rəhbəri Yaşar Niftəliyev festivalın əsas məqsədinin Ümummilli Lider Heydər Əliyevin uşaqlara və gənclərə göstərdiyi diqqət və qayğını yaşatmaq, onların sağlam həyat tərzinə marağını artırmaq olduğunu söyləyib. O, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan bu festivalın hər il keçirildiyini xatırladıb. Festivalda idmanın bir sıra növləri, o cümlədən boks üzrə yarışların da təşkil olunduğunu qeyd edərək bu təşəbbüsün Almaniyada yaşayan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyasına və lobbiçilik fəaliyyətinə böyük təsir göstərdiyini vurğulayıb.

 

https://x.com/DiasporaAz/status/2054772464710816111

 

 

Maqdeburq şəhər şurasının üzvü Bernd Heyneman isə Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən boks turnirindən məmnunluğunu bildirib.

Boks hakimi Rolf Kunş ənənəyə çevrilən festivalın inamlı və maraqlı döyüşlərlə yadda qaldığını söyləyib.

Xatırladaq ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi 2012-ci ildə yaradılıb və beynəlxalq səviyyədə fəaliyyət göstərir. Məqsədi dünyada yaşayan azərbaycanlı idmançıları bir araya gətirmək, Ulu Öndər Heydər Əliyevin idmanla bağlı tövsiyələrini yerinə yetirmək, Ümummilli Liderin adını daşıyan kəmərləri dünyanın ən məşhur kəmərləri sırasına çıxarmaqdır.

Foto qalereya

 

 

https://x.com/DiasporaAz/status/2054772464710816111

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər

kaynak:https://diaspor.gov.az/az/news-detail/almaniyada-ulu-onder-heyder-eliyevin-eziz-xatiresine-hesr-edilen-idman-festivali-kecirilib-7016

 

 

https://x.com/DiasporaAz/status/2054772464710816111

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ
Haber Yazılımı