“Diaspor Akademiyası-3” layihəsinin ilk təlimi keçirilib - Hitit Gazetesi

Hitit Gazetesi

SON DAKİKA

“Diaspor Akademiyası-3” layihəsinin ilk təlimi keçirilib

“Diaspor Akademiyası-3” layihəsinin ilk təlimi keçirilib

12 oktyabr, 2026

“Diaspor Akademiyası-3” layihəsinin ilk təlimi keçirilib

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Diaspor Akademiyası-3” layihəsinə start verilib.

12 Ekim 2026
“Diaspor Akademiyası-3” layihəsinin ilk təlimi keçirilib

“Diaspor Akademiyası-3” layihəsinin ilk təlimi keçirilib

12 oktyabr, 2026

“Diaspor Akademiyası-3” layihəsinin ilk təlimi keçirilib

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Diaspor Akademiyası-3” layihəsinə start verilib. Oktyabrın 10-da “Zoom” proqramı vasitəsilə baş tutan ilk təlim “Diaspor siyasətinin əsasları və qlobal modellər: dövlət-diaspor münasibətləri və institusional çərçivə” mövzusuna həsr olunub.

Təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov iştirakçılara diaspor anlayışının tarixi və mahiyyəti, diaspor fəaliyyətinin əsas istiqamətləri, lobbiçilik təcrübəsi, eləcə də müxtəlif ölkələrdə diaspor siyasətini tənzimləyən normativ-hüquqi çərçivə barədə ətraflı məlumat verib.

İnteraktiv formatda təşkil olunan təlimdə iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, öz təcrübələrini bölüşüb və onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

Təlimlər bu ilin oktyabr–dekabr aylarında həftədə bir dəfə keçiriləcək. Yekunda “Diaspor Akademiyası-3” layihəsindən məzun olan şəxslərə sertifikat veriləcək.

Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi diaspor nümayəndələrinin bilik və bacarıqlarının artırılması, onların səmərəli diaspor fəaliyyətinə hazırlanması, fandreyzinq alətlərinə yiyələnməsinə dəstək göstərilməsi, eləcə də əldə etdikləri bilik və təcrübəni yaşadıqları ölkələrdə fəaliyyət göstərən digər diaspor nümayəndələrinə ötürə biləcək kadrların hazırlanmasıdır.

 

https://x.com/DiasporaAz/status/2109640123168231507

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər

Kaynak:https://diaspor.gov.az/az/news-detail/diaspor-akademiyasi-3-layihesinin-ilk-telimi-kecirilib-7424

 

https://x.com/DiasporaAz/status/2109640123168231507

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ
Haber Yazılımı