16:16 - ADİL TÜRKİYE PARTİSİ GENEL BAŞKAN YARDIMCISI AYTAÇ BATTAL`DAN 30 AĞUSTOS ZAFER BAYRAMI MESAJI
12:44 - По партпроекту «Защита животного мира» в Рязани организовали зоовыставку
19:05 - TESHİDER GENEL BAŞKANI OSMAN GÜLAÇTI`DAN 30 AĞUSTOS ZAFER BAYRAMI MESAJI
18:58 - GERCÜŞ ZİRAAT ODASI BAŞKANI ŞEFİK ÖNER `DEN 30 AĞUSTOS ZAFER BAYRAMI MESAJI
17:36 - رسالة من عساف أتاصوي، رئيس مجلس إدارة “أسفا القابضة”، بمناسبة عيد النصر في 30 أغسطس.
16:14 - Asfa Holding Yönetim Kurulu Başkanı Asaf Atasoy `dan 30 Ağustos Zafer Bayramı Mesajı
14:52 - NESLİHAN YÜRÜKSOY’ DAN 30 AĞUSTOS ZAFER BAYRAMI MESAJI
6 dekabr, 2025
Litvada Azərbaycan Günü maraqla qarşılanıb
Litvanın “International House Vilnius” Xidmət və İnteqrasiya Mərkəzinin fəaliyyətə başlamasının 4 illiyi münasibətilə müxtəlif icmalar üçün xüsusi günlərin təşkili proqramı həyata keçirilir.
6 dekabr, 2025
Litvada Azərbaycan Günü maraqla qarşılanıb
Litvanın “International House Vilnius” Xidmət və İnteqrasiya Mərkəzinin fəaliyyətə başlamasının 4 illiyi münasibətilə müxtəlif icmalar üçün xüsusi günlərin təşkili proqramı həyata keçirilir. Bu proqram çərçivəsində növbəti tədbir Azərbaycan icmasının təşəbbüsü və adı çəkilən mərkəzin təşkilatçılığı ilə “Azərbaycan Günü” olub.
https://x.com/DiasporaAz/status/1996884904324317185
Tədbir iştirakçıları ölkəmizin mətbəxinə aid yeməklərin hazırlanması prosesində iştirak ediblər. Onlara Azərbaycanın tarixi, zəngin mədəni irsi haqqında məlumat verilib. Müxtəlif intellektual oyunlar keçirilib. Uşaqlar üçün nəzərdə tutulan xüsusi guşədə isə milli xalça naxışları ilə rəngləmə və digər yaradıcı fəaliyyətlər təşkil olunub. İnsanlar ölkəmizlə bağlı öz fikirlərini və xatirələrini bölüşüblər. Müxtəlif millətlərin nümayəndələri Azərbaycan mədəniyyətinə heyranlıqlarını ifadə ediblər.
https://x.com/DiasporaAz/status/1996884904324317185
Qeyd edək ki, “International House Vilnius” Litvanın paytaxtı Vilnüsə köçən xarici vətəndaşlar üçün yaradılmış rəsmi xidmət və inteqrasiya mərkəzidir.
Bu cür tədbirlər ölkəmizin mədəni irsini tanıdılması ilə yanaşı, beynəlxalq icmalar arasında dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə də müsbət təsir göstərir.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1996884904324317185
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
Kaynak:https://diaspor.gov.az/az/news-detail/litvada-azerbaycan-gunu-maraqla-qarsilanib-6410
https://x.com/DiasporaAz/status/1996884904324317185